Yenilik.Az
www.Aydinliq.Az » Kriminal » Bakıda nənəsini və bibisini amansızlıqla qətlə yetirən şəxsin FOTOSU

Bakıda nənəsini və bibisini amansızlıqla qətlə yetirən şəxsin FOTOSU

Bakıda nənəsini və bibisini amansızlıqla qətlə yetirən şəxsin FOTOSU
2020-09-25 , 14:13

Dünən Bakıda nənəsini və bibisini amansızlıqla qətlə yetirən 1985-ci il təvəllüdlü Samir Mustafayev tutulub.

“Oxu.az” S.Mustafayevin fotosunu əldə edib.
Qeyd edək ki, hadisə sentyabrın 24-də saat 12 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində qeydə alınıb. S.Mustafayev 1932-ci il təvəllüdlü Simuzər Cavadova və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanın yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin ailədaxili münaqişə zəminində baş verməsi ehtimal edilir.
Nənə və bibisini qətlə yetirən şəxsin fotosunu təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.