Yenilik.Az
ww.Aydinliq.Az » Kriminal » Ata Abdullayev Sevinc Hüseynovanı məhkəməyə verdi

Ata Abdullayev Sevinc Hüseynovanı məhkəməyə verdi

Ata Abdullayev Sevinc Hüseynovanı məhkəməyə verdi
2020-06-29 , 20:50

Tanınmış videoblogger Ata Abdullayev son dövrlər diqqətçəkən Sevinc Hüseynovanı məhkəməyə verib.

Bu gün Füzuli Rayon Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə iddia xüsusi ittiham qaydasında icraata götürülüb və növbəti məhkəmə baxışı iyul ayının 6-na təyin edilib.
Məsələ ilə bağlı danışan Ata Abdullayev bildirib ki, S.Hüseynova ölkədə qarışıqlıq yaratmağa, nüfuzlu şəxsləri, o cümlədən onu ləkələməyə çalışır: “O və onun kimi adamlar nəhayət başa düşməlidir ki, hamı qanun qarşısında bərabərdir. Mən onun həbsini tələb edirəm. Bu gün məhkəmədə ilkin baxış keçirildi və iddiam xüsusi ittiham qaydasında icraata götütüldü. İnanıram ki, məhkəmə obyektiv qərar verərək, ədaləti təmin edəcək”.
http://videoblogger.az/?p=37687

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.