Yenilik.Az
ww.Aydinliq.Az » Kriminal » Mübariz Mənsimov insanları belə istismar edirdi — VİDEO

Mübariz Mənsimov insanları belə istismar edirdi — VİDEO

Mübariz Mənsimov insanları belə istismar edirdi — VİDEO
2020-03-19 , 19:42

FETO terror təşkilatı ilə əlaqədə və casusluqda ittiham edilən, barəsində həbs-qətimkan tədbiri seçilən Mübariz Mənsimov hər zaman haqq-ədalətdən danışıb.

Demokrat.az xəbər verir ki, məhz onun prezidenti olduğu "Palmali" Şirkətlər Qrupuna məxsus "PalSüd" zavodunda baş qaldıran özbaşınalıqlar müxtəlif vaxtlarda insanların haqlı narazılığına səbəb olub. Mübariz Mənsimovun rəhbəri olduğu holdinqdə, onun tabeliyində olan zavod və müəssisələrdə yarıtmaz idarəçilik, insanların əməyinin istismar olunması daimi xarakter alıb.
Aşağıda təqdim etdiyimiz görüntülərdə "PalSüd" zavoduna süd verən cənub bölgəsinin sakinləri öz haqlarının tapdalandığından, başqa cür desək, onlara çatmalı olan pulun verilməməsindən şikayətçidirlər. Bu hadisə Mübariz Mənsimov və onun azərbaycanlılara qarşı törətdiyi çirkin əməllərdən yalnız biridir.
Daha ətraflı videoda:
[frame=https://bax.tv/player/96923.html]

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.