Yenilik.Az
www.AYDINLIQ.az » Kriminal » Təhsil Nazirliyindən müəllimin "Məsti xumar" oynamağına RƏSMİ MÜNASİBƏT

Təhsil Nazirliyindən müəllimin "Məsti xumar" oynamağına RƏSMİ MÜNASİBƏT

Təhsil Nazirliyindən müəllimin "Məsti xumar" oynamağına RƏSMİ MÜNASİBƏT
2020-02-29 , 17:13

Təhsil Nazirliyi sosial şəbəkələrdə rəqs videosu yayılan müəllimə bağlı açıqlama verib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində bildirib ki, məsələ ciddi şəkildə araşdırılır.

“Təhsil Nazirliyi olaraq, biz bu məsələni çox ciddi nəzarətə götürmüşük. Məsələ aydınlaşdırıldıqdan sonra müəllim haqqında qərar veriləcək”, - deyə o, bildirib.

Əməkdaşımızın “Müəllim bu hərəkətinə görə işdən qovula bilər?” sualına Valehov qeyd edib:
“Xeyr, belə bir şey gözlənilmir. Sadəcə, hələ ki, bu barədə dəqiq heç nə deyə bilmərəm”.

Qeyd edək ki, sosial şəbəkələrdə məktəbdə müəllimin sinifdə “Məsti Xumar” mahnısına rəqs etdiyi zaman çəkilən videosu yayılıb. Bu azmış kimi müəllim rəqs etdiyi vaxt çay içməyə başlayıb.Müəllimin məktəbdə belə addım atması sosial şəbəkələrdə qınağa səbəb olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.