Yenilik.Az
www.AYDINLIQ.az » İdman » Messi, yoxsa Ronaldo - Hansı 1000 qol həddinə çata biləcək...

Messi, yoxsa Ronaldo - Hansı 1000 qol həddinə çata biləcək...

Messi, yoxsa Ronaldo - Hansı 1000 qol həddinə çata biləcək...
2020-02-16 , 17:37

Futbol tarixində ən çox qol müəllifi Pele olub. Braziliyalı hücumçu 1281 dəfə rəqibləri məyus edib.

Bizimyol.info xəbər verir ki, dünya futbolu tarixində yalnız bir neçə futbolçu 1000 qol həddini aşa bilib. Görəsən haqqında ən çox danışılan top ustaları Lionel Messi və Kriştiano Ronaldo bu vəzifənin öhdəsindən gələ biləcəkmi?

İndi vəziyyət nə yerdədir? Ronaldo ümumilikdə 724, Messi 692 qol vurub. Amma portuqaliyalının argentinalıdan iki yaş böyük olduğunu nəzərə almaq lazımdır. Bir də qol sayının çoxluğu hələ birinin digərindən üstünlüyü anlamına gəlmir. Bir fakt da yaddan çıxmamalıdır: Ronaldo indiyə qədər 997, Messi isə 851 oyunda meydana çıxıb. Yəni portuqaliyalının qol vurmaq üçün daha çox imkanı olub.

Messi karyerası ərzində 6 dəfə mövsümün 50 qol həddini keçə bilib. İndiki mövsüm göstərir ki, argentinalı üçün yaş keçdikcə rəqibləri mərkəzə dəvət etmək çətinləşir. Bu il hələ 19 qol vurub. Ona baxanda Ronaldo daha yaxşı təsir bağışlayır. Kriştianonun hesabında 24 top var.

Ümumilikdə belə görünür ki, heç biri karyerasının 1000-ci qolunu vura bilməyəcək. Messinin “Barselona”dan getmək məsələsi gündəmə gəlib. Hələ bilmək olmaz ki, başqa klubda belə məhsuldarlığı bacaracaq, ya yox. Ronaldoya gəlincə, 35 yaşlı futbolçunun bundan sonra 276 qol vurması inandırıcı görünmür

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.