"Qarabağ" "Zirə"ni darmadağın edir, "Sumqayıt" "Sabah"a qarşı - Yenilənir

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci turun ilk oyunları keçiriləcək.
"Yeni Sabah"xəbər verir ki, ilk oyun günündə 2 matç oynanılacaq. Lider "Qarabağ" səfərdə "Zirə"nin qonağı olacaq.
"Sumqayıt" isə dogma meydanında "Sabah"ı qəbul edəcək.
Xatırladaq ki, Ağdam klubu 35 xalla turnir cədvəlinə liderlik edir. "Neftçi" 27 xalla ikinci, "Keşlə" 26 xalla üçüncü sıradadır. Aktivində 13 xal olan "Qəbələ" isə autsayderdir.
Qeyd edək ki, turun digər iki qarşılaşması sabah baş tutacaq.