Yenilik.Az
www.Aydinliq.Az » İdman » Teymur Rəcəbov məğlub oldu - 30 min dollar əldən çıxdı

Teymur Rəcəbov məğlub oldu - 30 min dollar əldən çıxdı

Teymur Rəcəbov məğlub oldu - 30 min dollar əldən çıxdı
2020-11-27 , 09:53

Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Skilling open" turnirindəki çıxışını başa vurub.

Yenisa​​​​bah.az-ın məlumatına görə, 1/4 final mərhələsinin ilk görüşündə ABŞ-dan olan rəqibi Uesli Sonu məğlub edən 33 yaşlı qrossmeyster ikinci gündə eyni uğuru təkrarlaya bilməyib.


Ümumi hesab bərabərləşdiyindən tərəflər tay-brek oynayıblar. Burada da heç-heçə qeydə alındığından qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Rəqibinə uduzan Rəcəbov onlayn turnirlə vidalaşıb. So isə adını yarımfinala yazdırıb.
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları təşkil edən turnirin qalibi 30 000 dollara sahib olacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.