Yenilik.Az
www.AYDINLIQ.az » İdman » “Manaçester Yunayted” bu planından intina etdi - Yaxın Şərqdəki gərginliyə görə

“Manaçester Yunayted” bu planından intina etdi - Yaxın Şərqdəki gərginliyə görə

“Manaçester Yunayted” bu planından intina etdi - Yaxın Şərqdəki gərginliyə görə
2020-01-15 , 17:58

İngiltərənin “Manaçester Yunayted” klubu Qətərdə keçirilməsi planlaşdırılan təlim-məşq toplanışına getməkdən imtina edib.
“Yeni Sabah” xəbər verir ki, komandanın baş məşqçisi Ole Qunner Suşer bununla bağlı açıqlama verib. O, Yaxın Şərqdə gərginləşən vəziyyətə görə, planlarını dəyişdiklərini və bu addımı atdıqlarını söyləyib:

"Futboldan çox məni həyəcanlandıran başqa şeylər var. Yaxın şərqdə toplanmağı düşünürdük, amma bu plan ləğv edilir. Futbolçulara bir neçə gün tətil verəcəyəm. Onların hara gedəcəyini bilmirəm, amma mütləq Avropada qalacağıq".

Xatırladaq ki, yanvarın 3-də ABŞ-ın aviazərbəsi nəticəsində İran generalı Qasım Süleymani öldürülüb.

Qeyd edək ki, bundan əvvəl ABŞ millisi də Qətərdəki təlim-məşq toplanışından imtina etmişdi

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.