Yenilik.Az
www.AYDINLIQ.az » İdman » Şok faktlar ortaya çıxdı - Azərbaycanlı futbolçulara XƏBƏRDARLIQ

Şok faktlar ortaya çıxdı - Azərbaycanlı futbolçulara XƏBƏRDARLIQ

Şok faktlar ortaya çıxdı - Azərbaycanlı futbolçulara XƏBƏRDARLIQ
2020-01-15 , 17:53

Türkdilli ölkələrdə futbolçuların başına oyun açan fırıldaqçılarla bağlı məlumatlar ortaya çıxıb.

Yeni sabah.az xəbər verir ki, bununla bağlı türkiyəli tanınmış jurnalist Taner Karaman gizli sənədlər əldə edib. Türkiyə klublarının adından saxta sənədlər hazırlayan fırıldaqçı dəstə bu yolla neçə-neçə gənc futbolçunu aldadıb. Belə ki, internet üzərindən oyunçuların ailəsi ilə əlaqə yaradan dələduzlar bu yolla milyonlarla pul qazanıb və tez bir zamanda yoxa çıxıblar. Xüsusilə də, bu “bəlaya yoluxan”lar içində Azərbaycan, Özbəkistan, Tacikistan kimi Türk dilli ölkələrin futbolçuları yer alır. Onlara Türkiyə klublarına gətirəcəklərini söz verən şəxslər saxta FİFA meneceri sənədləri hazırlayır. Bu yolla oyunçulardan böyük məbləğdə pul tələb edən dələduzlar onlara “Traviya Futbol Agentliyi” qrumu adı altında müraciət edir. İddiaya görə, bu qurum Amerikada yerləşir.

Bəs bu proses necə aparılır?

“İnstagram” üzərindən “ovlar”ına yaxınlaşan fırıldıqçalar sözügedən platformadakı hesablarından futbolçu olduğu anlaşılan şəxslərin bilgilərini toplayır. Daha sonra hər hansı bir klub adından saxta transfer sənədləri hazırlanır. İşin növbəti mərhələsində həmin oyunçularla "Agent_harper_" hesabı ilə bağlantı qurulur və hazırlanan sənədlər bu hesabdan futbolçuya və onun ailəsinə göndərilir. Sonra oyunçunun sənəd işlərinin həll edilməsi məqsədi ilə pul istənilir və onların pul tələbləri getdikcə daha da artır.

Futbolçuları və onların ailələrini “toruna salan” dələduzlar klubların rəsmi şəxsləri adından saxta elektron poçt ünvanı açıb mesaj yazaraq daha da inandırıcı olmağa çalışırlar. Belə bir problem Tacikistanın gənc futbolçusuna da bulaşıb.

Əldə edilən bilgiyə görə, Türkiyənin “Başakşəhər” klubu adından hazırlanan saxta sənədlə tacikistanlı Akhtamov Khamzadzhonla əlaqə yaradılıb. İlk növbədə saxtakarlar sənəd işlərinin həlli üçün 750 avro tələb edib. Bundan sonra İstanbul təmsilçisinin adından e-mail açılıb və daha da inandırıcı olması üçün klub prezidenti Göksəl Gümüşdağ adından mesaj atılıb. Futbolçunun ailəsi saxta sənəddəki transfer dəyərinin ən az 750 min avro olduğunu gördükdən sonra dələduzların bütün göstərişlərini həyata keçirib.

Məsələ aşkarlandıqdan dərhal sonra klub rəsmisi Mustafa Əröğüt sənədlərin saxta olduğunu bildirib. Eyni zamanda transfer sənədlərinin heç birində Göksəl Gümüşdağın adı olmadığını vurğulayıb. Həmçinin saxtakarların klubun adresi olaraq qeyd etdikləri yerin əslində, İBB-nin adresi olduğu da üzə çıxıb.

Mənbədə Azərbaycan, Özbəkistan, Tacikistan kimi Türk dilli ölkələrdən olan futbolçulara xəbərdarlıq edilərək belə fırıldaqçılara qarşı diqqətli olmaları qeyd olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.