Yenilik.Az
www.Aydinliq.Az » Hüquq guşəsi » MEDİASİYA ŞURASI VACİB MƏLUMAT YAYDI

MEDİASİYA ŞURASI VACİB MƏLUMAT YAYDI

MEDİASİYA ŞURASI VACİB MƏLUMAT YAYDI
2020-04-29 , 14:54

Mediatorların ilkin hazırlığı üzrə təlimlərdə iştirak etmək üçün müraciətlərin qəbulu müddəti uzadılmışdır.


Belə ki, Mediasiya Şurasına hazırkı tarixədək 200-dən çox müraciət daxil olmuşdur. Müraciət etmiş şəxslərin kiçik qruplar şəklində təlimlərə cəlb edilmələri nəzərdə tutulur. Hal-hazırda müraciət edən şəxslərin təlimlərə cəlb olunması ilə bağlı Mediasiya Şurası mediasiya təlimi qurumu ilə müzakirələr aparır.

Bununla belə, koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələrinə uyğun olaraq, təlimlər təxirə salındığından, təlimlərdə iştirak üçün müraciətlərin qəbulu müddətinin uzadılması və müraciətlərin davamlı şəkildə qəbul edilməsi barədə qərar qəbul edilmişdir.

Bir daha nəzərinizə çatdırmaq istərdik ki, mediatorların ilkin hazırlığı üzrə təlimlərdə yalnız 25 yaşı tamam olmuş, 3 il rəsmi iş təcrübəsi və istənilən ixtisas üzrə ali təhsili olan şəxslər iştirak edə bilər. Baza mediasiya təlimi müvafiq mediasiya təlimi qurumunda 48 saat, ixtisaslaşmış mediasiya təlimi isə 64 saat ərzində keçiriləcəkdir. Qeydiyyatdan keçərək təlimdə iştirak etməyə maraq göstərmiş hər bir şəxsə təlimdə iştirak şərtləri barədə məlumat veriləcəkdir. Ölkə ərazisindəki mövcud vəziyyətlə əlaqədar təlimlərin vaxtı daha sonra müəyyənləşdiriləcək və hər bir təlim iştirakçısı bu barədə əvvəlcədən məlumatlandırılacaqdır.

Təlimdə iştirak etmək istəyən şəxslər CV, motivasiya məktubu və linkdəki anketi (https://eeas.europa.eu/sites/eeas/files/anket_-_mediasiya.docx) doldurmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə vasitələri: [email protected], Tel: +994 50 254 50 60, +994 12 409 90 12

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.