Zəngilana hücum edən düşmən məhv edildi, ƏSİRLƏR VAR

Zəngilana hücum edən düşmən məhv edildi, ƏSİRLƏR VAR Erməni təxribatçılarının gecə saatlarında Ermənistan ərazisindən Zəngilan bölgəsinə keçməsinin qarşısı alınıb.
Azərforum xəbər verir ki, bu barədə hərbi ekspert Rizvan Hüseynov feysbuk hesabında məlumat verib.
Onun sözlərinə görə, 9 nəfərə yaxın diversant Zəngilan ərazisinə keçməyə çalışarkən zərərsizləşdirilib. Diversantlardan bir neçəsi məhv edilib, ikisi isə əsir götürülüb.

Hazırda hərbçilərimiz Ermənistan-Azərbaycan sərhədi boyunca diversantların axtarışı əməliyyatını davam etdirir.

Geri qayıt