Yenilik.Az
www.Aydinliq.Az » Hadisə » İsmayıllı meşələri məhv edilir-Ekologiya nazirliyi bəs hara baxır?-ŞOK VİDEO

İsmayıllı meşələri məhv edilir-Ekologiya nazirliyi bəs hara baxır?-ŞOK VİDEO

İsmayıllı meşələri məhv edilir-Ekologiya nazirliyi bəs hara baxır?-ŞOK VİDEO
2021-07-19 , 11:43

Son vaxtlar müxtəlif bölgələrdə təbiətin ağciyərləri adlandırılan meşələrə qarşı vəhşilik törədildiyi barədə ardıcıl xəbərlər, foto və videolar yayılmaqdadır. Və təəssüf ki, ETSN bəzən informasiya yayılandan sonra tədbir görməyə başlayır. Halbuki meşələrə nəzarət etmək və qorumaq ETSN-nin birbaşa vəzifəsidir. Lakin təəssüf ki, nazirlik vətəndaşların müraciətlərinə vaxtında reaksiya vermir. Hər halda bunu Yenilik.az-a şikayət ünvanlayan İsmayıllı rayon sakini Abasov İsa Mürsəl oğlu iddia edir. İsmayıllı rayon sakini İ.Abasov redaksiyamıza göndərdiyi videoda ETSN-ə də müraciət etdiyini, lakin tədbir görülmədiyini bildirir. Həmin videonu və şikayəti olduğu kimi təqdim edirik:


"Size ismayilli rayonundan yaziram. Ismayilli rayon sakini Abasov Isa Mursel oglu. Ve bunu bir vetendasliq borcum, olaraq yaziram bizim meselerimiz kutlevi olaraq kesilir masinlarla dasilir satilir. Bu erazi ismayilli rayon Dere kendinin qarsi terefi Rişnov deyilen yer sahdag milli parkinin erazisidir. Erazini gezdiyimiz zaman texminen 40- 50 boyuk diametrli agaclarin kesildiyi ile qarsilasdiq. Kesilen agaclar pip, veles, paliq, qovaq, dəndə ve diger nov agaclardir. Bu barede defelerle ekalogiya nazirliyine ve ismayilli rayon milli park idaresine melumat vermeyimize baxmayaraq hec bir tedbir gorulmur. bu goruntuleri isiqlandirsaz belke meselerin kesilmeyinin qarsisi alinar."

Qeuri-iş günü olduğundan ETSN-lə əlaqə yaradıb münasibət öyrənə bilmədik. Ümid edirik ki, jurnalistlər üçün təbiət qoynuna mediaturlar təşkil edən ETSN növbəti tədbirini İsmayıllının sözügedən meşələrində təşkil edəcək və baş verənləri ETSN rəhbərliyi şəxsən müşahidə edib sərt tədbirlər görəcək. 

ETSN-dən münasibət bildirilərsə Yenilik.az olaraq dərc etməyə hazırıq. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.