Yenilik.Az
www.Aydinliq.Az » Hadisə » Bakıda generalın polis rəisi olan qardaşı özünü güllələyərək intihar edib

Bakıda generalın polis rəisi olan qardaşı özünü güllələyərək intihar edib

Bakıda generalın polis rəisi olan qardaşı özünü güllələyərək intihar edib
2021-07-09 , 14:51

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib.

 
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, R.Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib. O, DİN Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.