Yenilik.Az
www.Aydinliq.Az » Hadisə » Sabiq gömrük əməkdaşı həbsdə aclığa başladı

Sabiq gömrük əməkdaşı həbsdə aclığa başladı

Sabiq gömrük əməkdaşı həbsdə aclığa başladı
2021-03-12 , 19:18

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı, hazırda həbsdə olan Natiq İmanov cəza çəkdiyi 6 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Məlumatda deyilir ki, Natiq İmanovun aclıq aksiyası etməsinə səbəb onun barəsində açılmış cinayət işinin ədalətli şəkildə aparılmaması, Gömrük Komitəsi rəhbərliyinin qərəzli olması və onun haqqında əsassız ittihamlar irəli sürməsi, habelə sifarişlə həbs olunması və etmədiyi cinayətə görə cəzalandırılmasıdır.
Xatırladaq ki, DGK-nin sabiq əməkdaşı bir müddət əvvəl üzləşdiyi qanunsuzluqlar, hüquq pozuntuları və digər məsələlərlə bağlı dövlət başçısına, Ombudsmana və digər dövlət instansiyalarına müraciət edib.
Onu da xatırladaq ki, sabiq gömrük əməkdaşı Natiq İmanov rüşvət almada ittiham edilir.
https://www.jamaz.info/x%c9%99b%c9%99rl%c9%99r/cemiyyet/sabiq-gomruk-%c9%99m%c9%99kdasi-h%c9%99bsd%c9%99-acliga-basladi/

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.