Yenilik.Az
www.Aydinliq.Az » Hadisə » Deputata məxsus istirahət mərkəzinin əməkdaşını elektrik cərəyanı vuraraq öldürdü

Deputata məxsus istirahət mərkəzinin əməkdaşını elektrik cərəyanı vuraraq öldürdü

Deputata məxsus istirahət mərkəzinin əməkdaşını elektrik cərəyanı vuraraq öldürdü
2020-12-26 , 17:08

Bu gün səhər saatlarında havanın yağıntılı və küləkli keçməsi səbəbindən Lerik rayonunda yerləşən "Relax" istirahət mərkəzinin elektrik enerjisi təchizatında fasilə yaranıb.


 
Pravda.az-ın xəbərinə görə, mərkəzin əməkdaşları elektrik enerjisi təchizatını bərpa etmək istəyib.
 
Bu zaman isə qırılmış naqili birləşdirən mərkəz əməkdaşını (adı dəqiqləşdirilir) elektrik cərəyanı vuraraq öldürüb.
 
Hadisə ilə bağlı araşdırma aparılır.Report
 
Qeyd: İstirahət mərkəzinin Milli Məclisin deputatı İqbal Məmmədova məxsus olduğu bildirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.