Yenilik.Az
www.Aydinliq.Az » Hadisə » AzTV-nin binasında tavan çökdü, kanalın əməkdaşı öldü

AzTV-nin binasında tavan çökdü, kanalın əməkdaşı öldü

AzTV-nin binasında tavan çökdü, kanalın əməkdaşı öldü
2020-12-26 , 09:41

Xəbər verdiyimiz kimi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.



Yenisabah.az xəbər verir ki, axşam saatlarında televiziyanın ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə dağıntılar altında qalan kanalın əməkdaşının həyatını xilas etmək mümkün olmayıb:
"Dağıntı altında qalan əməkdaşımızı xilas etmək mümkün olmayıb.
Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.
Allah rəhmət eləsin!".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.