Yenilik.Az
www.Aydinliq.Az » Hadisə » SON DƏQİQƏ: Ərdoğana qarşı təxribat: Evinin önündə terrorçular tutuldu... - FOTO

SON DƏQİQƏ: Ərdoğana qarşı təxribat: Evinin önündə terrorçular tutuldu... - FOTO

SON DƏQİQƏ: Ərdoğana qarşı təxribat: Evinin önündə terrorçular tutuldu... - FOTO
2020-12-20 , 17:56

Terror təşkilatı DHKP-C-nin üzvü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın evinin qarşısında gizli şəkildə fotolar çəkərkən saxlanılıb.



Azmedia.Az redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Milliyət" qəzeti məlumat yayıb.

Məlumata görə, adı ictimaiyyətə açıqlanmayan şəxs Ərdoğanın Üsküdar Kısıklıdakı iqamətgahını lentə alarkən təhlükəsizlik əməkdaşları tərəfindən yaxalanıb.

Təşkilat nümayəndələrindən ibarət digər 21 nəfər də iqamətgahın yerləşdiyi ərazinin yaxınlığında ələ keçirilib.

Saxlanılan şəxsin iqamətgahın yanında müxtəlif fotolar çəkdiyi, digər təşkilat nümayəndəlirini gözlədiyi və təxribata hazırlaşdıqları məlum olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.