Yenilik.Az
www.Aydinliq.Az » Hadisə » Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər" + VİDEO

Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər" + VİDEO

Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər" + VİDEO
2020-11-30 , 16:34

"Şuşa döyüşlərində əsir düşdüm. Ordumuzun əks həmləsi zamanı əsirlikdən xilas oldum. Məni Yerevana aparmaq istəyirdilər. Şükür ki, hərbçilərimiz buna imkan vermədi”.



Sfera.az xəbər verir ki, bu sözləri xüsusi təyinatlı hərbçimiz Abuzər Əliyev deyib.

O bildirib ki, yaralı olsa da yenidən ordu sıralarına qoşulmaq istəyir.

Abuzər Əliyev düşmənin əsirlikdə ona işgəncələr verdiyini söyləyib:

"Mənim açıq yaralarım çox idi. Ayağımda, qolumda və burnumda qəlpə yaralarım var idi. Yaralarıma duz, istiot tökürdülər. Kəlbətinlə barmaqlarımı sıxırdılar və "tok” verirdilər.

İşgəncə verib məndən məlumatlar almaq istəyirdilər. Amma imkan verməzdim ki, mənim qardaşlarıma nəsə olsun. Heç bir məlumat vermədim və buna görə də mənə işgəncələr verirdilər”.
 


 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.