Yenilik.Az
www.Aydinliq.Az » Hadisə » Ermənilər Bülbülün ev muzeyini də dağıdıb - VİDEO

Ermənilər Bülbülün ev muzeyini də dağıdıb - VİDEO

Ermənilər Bülbülün ev muzeyini də dağıdıb - VİDEO
2020-11-18 , 13:48

Hərbçilərimiz Şuşa şəhərində - Bülbülün ev muzeyində olublar.

 
Pravda.az xəbər verir ki, yayılan  görüntülərdə muzeyin eksponatlarının məhv edildiyi, evin odun anbarı kimi istifadə edildiyi aydın görünür. Bundan əlavə Bülbülün büstü də ermənilər tərəfindən tanınmaz hala salınıb.


Qeyd edək ki,  1992-ci ilə qədər Bülbülün Şuşada yerləşən ev muzeyi  iki otaq və eyvandan ibarət idi. Bülbül həmin evdə anadan olub və uşaqlıq illərini orada keçirib. Muzeydə Bülbülün uşaqlıq illərindən bəhs edən foto-şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.