Yenilik.Az
ww.Aydinliq.Az » Hadisə » Ağciyər Xəstəlikləri İnstitutunun 70 yaşlı direktoru karantin qaydalarını kobud sürətdə pozdu-VİDEOFAKT

Ağciyər Xəstəlikləri İnstitutunun 70 yaşlı direktoru karantin qaydalarını kobud sürətdə pozdu-VİDEOFAKT

Ağciyər Xəstəlikləri İnstitutunun 70 yaşlı direktoru karantin qaydalarını kobud sürətdə pozdu-VİDEOFAKT
2020-05-01 , 15:38

Məlum olduğu kimi, COVİD-19 (koronavirus) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə bir sıra təxirəsalınmaaz tədbirlər həyata keçirib. Bunların sırasına karantin rejiminin elan olunması da daxildir.

Nazirlər Kabinetinin 23 Mart 2020-ci il tarixli qərarına əsasən 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib.

Lakin “24 saat”-ın əldə etdiyi video görüntülərdən məlum olur ki, Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru, 70 yaşlı Həqiqət Qədirova NK-ın bu qadağası və müvafiq qərarına riayət etmir. Təqdim etdiyimiz videodan aydın görünür ki, Həqiqət Qədirova karantin günlərdə nəinki qanunsuz olaraq evdən çıxıb, hətta kollektivi yığaraq iclas da keçirib.

Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, məhz bu toplantıdan sonra institutun iki əməkdaşında koronavirus infeksiyası aşkarlanıb. Virusa yoluxduğu iddia edilən tibb işçilərinin kimliyi də Meydan TV-yə məlumdur. Bunlar 1986-cı il təvəllüdlü N.R və 1980-ci il təvəllüdlü E.İ-dir.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Meydan TV-yə deyib ki, bəli, Nazirlər Kabinetinin qərarına əsasən, bütün iş yerlərində 65 yaşdan yuxarı insanların işə gəlməsi ilə bağlı qadağa var. Bu, Ağciyər Xəstəlikləri İnstitutunda da keçərlidir:

“Orada çalışanlar koronavirus xəstələri ilə sıx kontaktadırlar. Lakin həkimlərə qorunmaq üçün lazımi avadanlıqlar verilib. Keçirilən tədbirdən və orada yoluxmanın olmasından bizim məlumatımız yoxdur. Bu məsələni də araşdırarıq”.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan məsələyə münasibət öyrənmək mümkün olmayıb.
[frame=/player.bax.tv/100460.html]

#Həqiqət Qədirova Karantin Qaydalarını Kobud Şəkildə Pozdu

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.