Yenilik.Az
ww.Aydinliq.Az » Hadisə » Bakıda “Pajero” qaydaları pozdu, qəzaya səbəb oldu - VİDEO

Bakıda “Pajero” qaydaları pozdu, qəzaya səbəb oldu - VİDEO

Bakıda “Pajero” qaydaları pozdu, qəzaya səbəb oldu - VİDEO
2020-04-26 , 17:29

Bakıda qaydaları kobud surətdə pozan “Pajero” markalı avtomobilin sürücüsü qəzaya səbəb olub.

Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Salatın Əsgərova və Mirəli Qaşqay küçələrinin kəsişməsində baş verib.

M.Qaşqay küçəsi ilə hərəkət edən sürücü kəsişməyə çatdıqda “Yol ver” nişanının tələblərini pozub.

S.Əsgərova küçəsində hərəkət edən qara rəngli avtomobil nə qədər çalışsa da, qəzadan qaça bilməyib.

Xoşbəxtlikdən qəza yüngül olub və maşınlara az zərər dəyib.

Həmin hadisə S.Əsgərova küçəsi ilə hərəkət edən avtomobillərdən birindəki videoqeydiyyatçı tərəfindən lentə alınıb.

Həmin görüntüləri təqdim edirik:
[frame=https://player.baku.tv/embed/17687]

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.