Yenilik.Az
ww.Aydinliq.Az » Hadisə » Ağciyər İnstitutunda iki nəfər öldü

Ağciyər İnstitutunda iki nəfər öldü

Ağciyər İnstitutunda iki nəfər öldü
2020-04-25 , 13:44

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) iki xəstə ölüb.

Yenilik.az xəbər verir ki, vəfat edən şəxslərdən biri Gürcüstan vətəndaşı olub. Hər iki ölüm faktı aprelin 23-də qeydə alınıb.

Ölənlərdən biri - 1951-ci il təvəllüdlü xəstə ETACXİ-yə aprelin 11-i saat 00:15-də “İkitərəfli pnevmoniya, ürəyin işemik xəstəliyi, koronar stend, ikinci tip şəkərli diabet, insulin tələbli” diaqnozu ilə çox ağır vəziyyətdə daxil olub və I Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər tərəfindən reanimasion müalicə tədbirləri aparılıb.

Bütün səylərə baxmayaraq, ayın 23-ü saat 19:45-də “kəskin respirator distress sindrom. İkitərəfli pnevmoniya, ağır gedişli. Kəskin tənəffüs çatışmazlığı, III dərəcə. Ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz. Aorto-koronar şuntlama əməliyyatdan sonrakı vəziyyət. Ürək çatışmazlığı 3 f.s. Şəkərli diabet, ikinci tip, insulin tələbli. Diabetik nefropatiya” diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

Digər şəxs isə 1970 il təvəllüdlü Gürcüstan vətəndaşı olub. Xəstə ayın 23-ü saat 11.50 radələrində ağır vəziyyətdə ETACXİ-yə daxil olub. Dərhal müvafiq şöbəyə yerləşdirilərək zəruri müalicəsinə başlanılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, həmin gün saat 23.25-də “Kəskin respirator distress sindrom. İkitərəfli pnevmoniya, ağır gedişli. Ürəyin ritm pozgunluğu: paroksizmal ventrikulyar taxikardiya. İkinci tip şəkərli diabet. Sol aşağı ətrafların qanqrenasından sonrakı vəiyyət” diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.

TƏBİB faktı təsdiq edib. Bildirilib ki, mövcud vəziyyətlə bağlı hər iki xəstədən “COVID-19”la bağlı götürülən test nümunələrinin nəticələri mənfi çıxıb.Oxu.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.