Yenilik.Az
ww.Aydinliq.Az » Hadisə » Azərbaycanda lüks avtomobil “saxla” əmri verən polisi vurdu

Azərbaycanda lüks avtomobil “saxla” əmri verən polisi vurdu

Azərbaycanda lüks avtomobil “saxla” əmri verən polisi vurdu
2020-04-14 , 15:03

Bu gün saat 12 radələrində Bakı-Qazax avtomagistralının Hacıqabul rayonundan keçən hissəsində xüsusi karantin rejimi ilə əlaqədar polis tərəfindən qurulmuş postda insident baş verib.
Aydınlıq.az Publika.az-a istinadən xəbər verir ki, Qazax istiqamətində hərəkət edən "Mercedes S Class 500” markalı lüks avtomobil polisin "saxla” əmrinə tabe olmayıb.
10-00-018 dövlət nömrə nişanlı lüks avtomobil sürətlə hərəkət edərək, onu saxlamağa çalışan polisi vurub.
Polis serjantı dərhal həmkarlarının köməyi ilə xəstəxanaya aparılıb.
Əraziyə post-patrul xidməti əməkdaşları cəlb edilib və hadisəni törədən sürücü saxlanılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.