Yenilik.Az
www.AYDINLIQ.az » Hadisə » Ağciyər İnstitutunda daha iki nəfər öldü

Ağciyər İnstitutunda daha iki nəfər öldü

Ağciyər İnstitutunda daha iki nəfər öldü
2020-03-11 , 17:30

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha iki nəfər ölüb.


Oxu.azxəbər verir ki, hər iki ölüm faktı ötən gün qeydə alınıb.

Xəstələrdən biri - 1986-cı il təvəllüdlü xanım martın 10-u saat 13:30-da ağır vəziyyətdə ETACXİ-yə daxil olub. Xəstə “hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib. Ona vəziyyətinə uyğun olaraq müalicə təyin edilib.


Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, həmin gün saat 20:30-da “kəskin ağciyər-ürək çatmamazlığı, iki tərəfli ağır gedişli pnevmoniya” diaqnozu ilə xəstənin bioloji ölümü gerçəkləşib.
Digər xəstə isə 1999-cu il təvəllüdlü olub. O, ETACXİ-yə martın 6-da saat 15:20-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında ağır vəziyyətdə daxil olub. Xəstə “ağciyər vərəmi, şəkərli diabet I tip” diaqnozu ilə II Ağciyər vərəmi şöbəsinə yerləşdirilib. Vəziyyəti pisləşdiyindən xəstə martın 10-u saat 04.00-da II Reanimasiya şöbəsinə köçürülüb.



Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, “kəskin ağciyər-ürək çatmamazlığı, ağciyərlərin infiltrativ vərəmi, dağılma və sağa səpələnmə ilə, şəkərli diabet I tip, ağır forma” diaqnozu ilə xəstənin ötən gün saat 21:05-də bioloji ölümü qeydə alınıb.



Ölüm hadisələrini Oxu.Az-a ETACXİ-dən təsdiqləyiblər.



Bildirilib ki, ölüm hadisələri ilə bağlı ərazi üzrə rayon prokurorluğu və polis idarəsi məlumatlandırılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.