Yenilik.Az
www.AYDINLIQ.az » Hadisə » “Sabina”dan dodaq boyası oğurlayan qadın döyüldü

“Sabina”dan dodaq boyası oğurlayan qadın döyüldü

“Sabina”dan dodaq boyası oğurlayan qadın döyüldü
2020-03-09 , 16:07

Bakıda mağazadan oğurluğa cəhd olub.


Hadisə martın 8-də (Beynəlxalq Qadınlar Günü) “Sabina” parfümeriya mağazalar şəbəkəsinin Nizami küçəsində yerləşən mağazasında qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü V.Plotnikova 31 manat dəyərində dodaq boyası oğurlamaq istəyib. Bu zaman qadın mağazanın işçiləri tərəfindən yaxlanıb və aidiyyəti üzrə polis bölməsinə təhvil verilib.
Daha sonra V.Plotnikova polis bölməsində bildirib ki, mağazanın satıcısı Xəyalə adlı şəxs tərəfindən döyülüb. Faktla bağlı araşdırma aparılır.Report

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.