Fatimə özünə lüks avtomobil aldı — VİDEO

Fatimə özünə lüks avtomobil aldı — VİDEO
Tarix : Oxunma : Yorum Yaz

Rəqqasə Fatimə Fətəliyeva özünə lüks avtomobil alıb.

Oxu.Az-ın məlumatına görə, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımdan bəlli olur ki, Fatimənin ağ rəngli yeni maşını “Mercedes GLC 250” markalıdır. 

Rəqqasənin tanışları və dostları onu yeni maşın alması münasibətilə təbrik ediblər.

Xatırladaq ki, bir müddət əvvəl Fatimə ağ rəngli “Lexus” markalı avtomobilini satışa çıxarmışdı. Sözügedən maşını rəqqasəyə 2017-ci ildə həyat yoldaşı hədiyyə etmişdi.

Qeyd edək ki, sözügedən maşının salon qiyməti orta hesabla 120 min manatdır.

İlk yorumu siz yazın