İsraildə sinaqoqun tribunasının çökməsi zamanı yaralıların sayı 167-yə çatıb, ölənlər var

İsraildə sinaqoqun tribunasının çökməsi zamanı yaralıların sayı 167-yə çatıb, ölənlər var İsrailin Qivat-Zeev şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın çökməsi nəticəsində xəsarət alanların sayı 167 nəfərə çatıb.
Bu barədə təcili yardım xidməti məlumat yayıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 5-i ağır vəziyyətdədir. Yaralıların 9-nun vəziyyəti normaldır. Hadisə zamanı 152 nəfər yüngül xəsarət alıb.
Qeyd edilir ki, hadisə zamanı 2 nəfər həlak olub.
Geri qayıt