Yenilik.Az
www.AYDINLIQ.az » Dünya » Tramp 3 nəfəri istefaya yolladı - İmpiçment sonrası "təmizləmə"

Tramp 3 nəfəri istefaya yolladı - İmpiçment sonrası "təmizləmə"

Tramp 3 nəfəri istefaya yolladı - İmpiçment sonrası "təmizləmə"
2020-02-08 , 13:52

ABŞ Prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasında impiçmenti proseduru çərçivəsində ona qarşı ifadə vermiş ölkənin Avropa İttifaqı yanında daimi nümayəndəsi Qordon Sondlandı vəzifəsindən azad edib.

Bu barədə “The Washington Post” yazır.

“Prezident Qordon Sondlandı istefaya yollayıb. O, vəzifəsindən kənarlaşdırılan (impiçment proseduru çərçivəsində-red) ikinci şahiddir”, - nəşr vurğulayıb.

Qeyd edək ki, daha öncə isə Donald Trampa qarşı ifadə vermiş Milli Təhlükəsizlik Şurasının polkovnik-leytenantı Aleksander Vindman da vəzifəsindən azad edilib. Eyni zamanda onun əkiz qardaşı, şurada polkovnik-leytenantı rütbəsində hüquqşünas işləyən Yegveni Vindman da işindən azad edilib.

Ağ Ev məsələ ilə bağlı rəsmi məlumat yaymayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.