Yenilik.Az
www.AYDINLIQ.az » Dünya » Trampın gizli videosu yayıldı: Vəziyyəti daha da çətinləşdi

Trampın gizli videosu yayıldı: Vəziyyəti daha da çətinləşdi

Trampın gizli videosu yayıldı: Vəziyyəti daha da çətinləşdi
2020-01-27 , 18:26

ABŞ prezidenti Donald Tramp 2018-ci ildə donorlarla görüşdə çəkilmiş videoya əsasən, Ukraynanın Rusiyanın təcavüzünə nə qədər müqavimət göstərə biləcəyi ilə maraqlanıb.

“Onlar Rusiya ilə mübarizədə nə qədər dayana biləcəklər?”,- videoyazıda Trampın dediyi eşidilir.

Vaşinqtondakı Trump otelində 80 dəqiqəlik naharın tam videosu şənbə günü Associated Press agentliyi tərəfindən əldə edilib. Videodan çıxarışlar cümə günü ABC News tərəfindən yayımlanıb. İnsanların üzü videonun yalnız bəzi hissələrində görünür.

Trampın sualının ardınca video yazıdakiminsə “Bizsiz o qədər də uzun çəkməz” dediyi və Trampın “Bizsiz” ifadəsini təkrarladığını eşitmək mümkündür.

ABŞ Senatında hazırda demokratların nəzarətində olan Nümayəndələr Palatasında impiç edildikdən sonra Trampın impiçment məhkəməsi keçirilir. Trampa qarşı səlahiyyətlərindən sui-istifadə etmək və Konqresin təhqiqatına əngəl yaratmaq ittihamları irəli sürülüb.

Konqresdəki demokratlar prezident Donald Trampı ABŞ-ın hərbi yardımı və Ukrayna prezidenti Volodimir Zelenskinin Ağ Evə dəvət edilməsindən Ukraynanı onun 2020-ci prezident seçkilərində rəqibi, keçmiş vitse-prezident Co Baydenlə bağlı təhqiqata cəlb etmək üçün təzyiq vasitəsi kimi istifadə etməkdə ittiham edirlər.

Tramp ittihamları rədd edir və Zelenski ilə münasibətlərini “mükəmməl” adlandırır.

Kiyev 2014-cü ildən bəri Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılara qarşı müharibə aparır. Münaqişə 13 mindən çox insanın ölümünə səbəb olub. Rusiyanın Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq etməsi beynəlxalq ictimaiyyət tərəfindən pislənib.

Videoda Trampın həmçinin ABŞ-ın Ukraynadakı səfiri Mari Yovanoviçin vəzifəsindən uzaqlaşdırılmasına çağırdığı eşidilir. Səfir Yovanoviç prezidentin impiçmentinə səbəb olan silsilə hadisələrdə əsas fiqurlardan biridir.

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Mari Yovanoviç Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsində prezident Trampın impiçmenti ilə bağlı dinləmələrdə ifadə verir, 15 noyabr, 2019

O, Trampın şəxsi vəkili Rudi Culiani və onun yaxın çevrəsində Lev Parnas və İqor Fruman da daxil olmaqla başqalarının apardığı kampaniya nəticəsində bir il sonra vəzifəsindən kənarlaşdırılıb.

Video görüntülər Trampın 2019-cu ildə seçki kampaniyasının maliyyələşdirilməsi ilə əlaqədar ittiham irəli sürülmüş Parnas və ya Frumanı tanımadığına dair dedikləri ilə ziddiyyət təşkil edir.

Video yazıda Parnas deyir: “Burada ən böyük problem, fikrimcə, səfiri çıxarmaq üçün nədən başlamağımızdadır.”

O daha sonra Trampa bunları deyib: “O demək olar hər yerdə gedib deyir ki, gözləyin, o impiç ediləcək, gözləyin.”

Tramp buna belə cavab verir: ”Ondan qurtulun! Sabah qurtulun! Mənim vecimə deyil. Onu sabah çıxarın. Onu xaric edin. Bunu edin.”

Tramp səfir Yovanoviçi vəifəsindən kənarlaşdırmağa hüququ olduğunu bildirib. O, səfiri 2019-cu ildə vəzifədən çıxarıb və bu yaxınlarda verdiyi müsahibələrdən birində “onun fanatı olmadığını” deyib. (virtualaz.org)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.