Yenilik.Az
www.Aydinliq.Az » Dünya » Rusiya bu yolla hərbi yüklərini Ermənistana daşımaq istəyir (ŞƏRH)

Rusiya bu yolla hərbi yüklərini Ermənistana daşımaq istəyir (ŞƏRH)

Rusiya bu yolla hərbi yüklərini Ermənistana daşımaq istəyir (ŞƏRH)
2020-11-19 , 14:22

"Yevlax-Ağdam-Xocalı-Xankəndi və Horadiz-Mahmudlu-Akara-Mincivan-Culfa dəmir yol xətləri bərpa olunacaq”.


Qaynarinfo xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu Rusiyanın Baş naziri Mixail Mişustinlə Azərbaycanın Baş naziri Əli Əsədov arasında olan telefon danışığından bəhs edərkən deyib.
 
O bildirib ki, Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycanın Baş naziri Əli Əsədovla Cənubi Qafqazda dəmir yolu infrastrukturunun inkişafını müzakirə etmək üçün telefon danışığı aparıb:
 

"Verilən məlumatlara görə, müzakirə mövzusu Yevlax-Ağdam-Xocalı-Xankəndi və Horadiz-Mahmudlu-Akara-Mincivan-Culfa dəmir yol xətlərinin bərpası olub. Rusiyanın marağında olan daha çox cənubdan Ermənistana və Naxçıvana doğru istiqamətlənən yoldur”.
 
Qubad İbadoğlu deyib ki, Rusiya bu yoldan hərbi və mülki yüklərini Ermənistana daşımaq, eyni zamanda Şimal-Qərb nəqliyyat dəhlizini yaratmaq üçün istifadə etmək və ondan həm xərc, həm də vaxt baxımından bəhrələnmək istəyir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.