Amerikalı astronavt qadınlar arasında kosmosda qalma müddətinə görə rekord vurub

Amerikalı astronavt Kristina Kuk qadınlar arasında kosmosda ən çox vaxt keçirmiş astronavt kimi rekord vurub.
Söhbət bir uçuş ərzində kosmosda daha çox qalmaqdan gedir. Qeyd edək ki, astronavt Kuk orbitdə 290 gün keçirib və o, stansiyada 2020-ci ilin fevralına qədər qalacaq. Kuka qədər bu rekord 2016-cı ildən 2017-ci ilə qədər Beynəlxalq Kosmik Stansiyada 288 gün keçirən Peqqi Uitsona məxsus idi.