Yenilik.Az
www.Aydinliq.Az » Dünya » Paşinyan sülh danışıqlarından imtina etdi

Paşinyan sülh danışıqlarından imtina etdi

Paşinyan sülh danışıqlarından imtina etdi
2020-10-21 , 17:41

"Dağlıq Qarabağ məsələsində diplomatik həll yolu yoxdur".

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan "Facebook" hesabında etdiyi canlı yayım zamanı bildirib.
Paşinyan qeyd edib ki, Qarabağ məsələsinin indi və bundan sonrakı üzun müddət ərzində sülh yolu ilə həlli mümkün deyil: "Diplomatik həll yolu haqqında danışmaq artıq mənasızdır"
Erməni baş nazir bütün merlərə, icma və yerli özünüidarə orqanlarının rəhbərlərinə, ümumən əhaliyə müraciət edərək özünümüdafiə dəstələrinin yaradılmasını tapşırıb.
Görünən budur ki, Ermənistan ordusunun bütün gücünü itrdiyini anlayan Paşinyan son variant olaraq əhalini silahlandıraraq Azərbaycana qarşı vuruşmağa təhrik edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.