Yenilik.Az
www.Aydinliq.Az » Dünya » Türkiyədən “S-400”-lərlə bağlı KRİTİK QƏRAR: aktivləşdirildi və 6 saatlıq...

Türkiyədən “S-400”-lərlə bağlı KRİTİK QƏRAR: aktivləşdirildi və 6 saatlıq...

Türkiyədən “S-400”-lərlə bağlı KRİTİK QƏRAR: aktivləşdirildi və 6 saatlıq...
2020-10-16 , 15:02

Türkiyə Rusiya istehsalı olan S-400 raket əleyhinə müdafiə sistemini sınaqdan keçirməyə hazırlaşır.

Bu haqda məlumatı Reuters agentliyi yayıb.
Türkiyənin Qara dəniz sahillərində hava və dəniz məkanını məhdudlaşdırmaq barədə bildirişlərindən sonra raket sistemləri bölgəyə daşınıb.
Türkiyənin “S-400” raketlərini təxminən 6 saatlıq bir müddətdə radar testindən keçirəcəyi iddia edilib.
Rusiyadan alınan raket əleyhinə müdafiə sisteminin sınaqdan keçirilməsi NATO-nun raket əleyhinə sistemləri ilə uyğun gəlmir və bu, rəsmi Ankaranın ABŞ ilə münasibətlərini daha da gərginləşdirəcək.
ABŞ, həmçinin S-400-ün inteqrasiyasının Rusiyanın F-35 qırıcıları da daxil olmaqla, NATO-nun müdafiə sistemi barədə məlumat əldə etməsinə imkan verəcəyindən narahatdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.