Yenilik.Az
ww.Aydinliq.Az » Dünya » Şimali Koreya liderinin vəziyyəti ağırdır

Şimali Koreya liderinin vəziyyəti ağırdır

Şimali Koreya liderinin vəziyyəti ağırdır
2020-04-21 , 11:49

“Şimali Koreya lideri Kim Çen In cərrahiyyə əməliyyatı keçirib və vəziyyəti çox ağırdır”.“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın yüksək vəzifəli dövlət rəsmisi iddia edib.Bildirilib ki, həmin məmur Kim Çen Inın səhhətinin ağır olması barədə kəşfiyyat məlumatını araşdırdıqlarını deyib.Şimali Koreya rəhbərinin aprelin 15-də babası Kim İr Senin doğum günü ilə bağlı keçirilən təntənəli tədbirdə iştirak etməməsi iddiaya sübut olaraq göstərilir.Cənubi Koreyada çıxan “Daily NK” qəzeti Kim Çen Inın ürək-damar sistemində problemin olduğunu və bu səbəbdən cərrahiyyə əməliyyatı keçirdiyini yazıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.