Yenilik.Az
ww.Aydinliq.Az » Dünya » Kəfən geyinib küçəyə çıxdılar – Səbəb

Kəfən geyinib küçəyə çıxdılar – Səbəb

Kəfən geyinib küçəyə çıxdılar – Səbəb
2020-04-13 , 16:43

İndoneziyanın Yava adasında yerləşən Kepuh şəhərində koronavirus tədbirləri çərçivəsində insanların küçəyə çıxmasının qarşısını almaq üçün "Ruhlu çəkindirmək tədbiri" həyata keçirilib.
Yenisabah.az xəbər verir ki, kəfən şəklində ağ örtüyə bürünmüş və üzlərini ağ rəngə boyamış şəxslər küçədə yeriyərək insanların evdən çıxmaması üçün çalışırlar. Bildirək ki, bu tədbiri şəhər rəhbərliyi və könüllülər polislə birgə həyata keçirirlər.
"Ruhlu çəkindirmə tədbiri" sosial şəbəkələrdə böyük marağa səbəb olsa da, insanlar tətbiqin gözlənilən effekti vermədiyini deyiblər. Lakin İndoneziya mətbuatında yayılan xəbərlərə görə, bu tədbirdən sonra uşaqların və uşaqlı ailələrin küçəyə çıxmadığı diqqətə çatdırılıb. Qeyd edək ki koronavirus İndoneziyada bugünədək 399 insanın ölümünə səbəb olub. İnfeksiyaya yoluxanların sayı isə 4 min 557 nəfərdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | ay[email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.