Yenilik.Az
ww.Aydinliq.Az » Dünya » Madonnanın 3 yaxını eyni gündə öldü - Koronavirusa görə

Madonnanın 3 yaxını eyni gündə öldü - Koronavirusa görə

Madonnanın 3 yaxını eyni gündə öldü - Koronavirusa görə
2020-04-12 , 13:18

Məşhur amerikalı müğənni Madonnaya 1 gün ərzində 3 itki üz verib.
Axşam.az xəbər verir ki, 61 yaşlı ifaçı İnstaqram səhifəsində ona yaxın olan şəxslərin koronavirusdan dünyasını dəyişdiyini bildirib:
“Son 24 saat ərzində mənim əmim oğlu, cangüdənimin qardaşı və mahnılarımı remiks edən Orlando Puerto COVİD-19 virusundan vəfat edib. Onları bir gün içində itirdim. Bu, mənim əhval-ruhiyyəmə pis təsir etdi”.
Qeyd edək ki, Madonna koronavirusla mübarizəyə 1 milyon dollar pul bağışlayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.