Yenilik.Az
www.AYDINLIQ.az » Dünya » Xamneyinin gəlininin anası koronavirusdan öldü

Xamneyinin gəlininin anası koronavirusdan öldü

Xamneyinin gəlininin anası koronavirusdan öldü
2020-03-25 , 18:54

İranın Ruhani lideri Əli Xamneyinin gəlinin anası İzzət Xamuşi koronavirusdan ölüb.


Bu haqda GADTB-nin Mətbuat Mərkəzi məlumat yayıb. İzzət Xamuşi martın 23-də Tehran xəstəxanalarının birində keçinib. İzzət Xamuşi Əli Xamneyinin kiçik oğlu Meysəm Xamneyinin həyat yoldaşının anasıdır.
İzzət Xamuşi həyat yoldaşı Mahmud Loloçiyanla birlikdə ilk islami və dini təlimatlar öyrədilən Nərgiz məktəblərini təsis ediblər. Mahmud Loloçiyan isə Xomeyniyə yaxın olan şəxslərdən biridir. Onun Qum və Məşhəddə hotelləri və s. müəssisələrinin olduğu deyilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.