Yenilik.Az
www.AYDINLIQ.az » Dünya » "YouTube" və "Netflix" keyfiyyəti azaldır - Koronavirusa görə

"YouTube" və "Netflix" keyfiyyəti azaldır - Koronavirusa görə

"YouTube" və "Netflix" keyfiyyəti azaldır - Koronavirusa görə
2020-03-20 , 20:02

Koronavirus Avropada internetin sürətinə də təsir edir.


Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, pandemiya səbəbindən Avropa Birliyində bir çox işlər evdən internet vasitəsilə görüldüyü üçün sürət aşağı düşüb.

Bu səbəbdən “Alphabet INC” “YouTube” platformasına videoların keyfiyyətinin aşağı salınması ilə bağlı xəbərdarlıq edib. Çünki videolar internet trafikinin əhəmiyyətli hissəsini təşkil edir.

Qeyd edək ki, anoloji addımı daha əvvəl “Netflix” şirkəti də atıb. Artıq bu platforma yüksək keyfiyyətli (HD və UHD) videoların nümayişini dayandırıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.