Yenilik.Az
ww.Aydinliq.Az » Dünya » 72 yaşlı türkdən dəhşətli sözlər: “Burada koronavirusdan ölənləri yandırırlar“

72 yaşlı türkdən dəhşətli sözlər: “Burada koronavirusdan ölənləri yandırırlar“

72 yaşlı türkdən dəhşətli sözlər: “Burada koronavirusdan ölənləri yandırırlar“
2020-03-19 , 19:26

"Mən İtaliyada 30 ildir yaşayıram. İndi elə bir problemlə üz-üzə qalmışıq ki, buradakı türklər nə edəcəyik, necə edəcəyik bilmirik. Ölsək cənazəmiz nə olacaq? Xəstəxanaya yaxınlaşa bilmirik, cənazəni ala bilmirsən. Burada eşitdiklərimiz bizi çox qorxudur".


Polemika.az xəbər verir ki, bunları İtaliyada yaşayan 72 yaşlı Osman Qaya adlı şəxs deyib. Şəkər xəstəsi olduğunu deyən türk İtaliyada virusdan ölənlərin yandırıldığını bildirib:

"Burada ölənləri yandırırlar. Mən imansız ölmək istəmirəm. Məni buradan aparmağınızı istəyirəm. Təzyiqim var, şəkərim var. Evdə qapalı halda qalmışam. Xəstəxanalar doludur, yaşlıları xəstəxanalara buraxmırlar. Öləcəyəmsə, vətənimdə imanlı ölüm".

Mənbə: Metbuat.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.