Yenilik.Az
ww.Aydinliq.Az » Dünya » ABŞ-da Covid-19 panikası: İnsanlar kütləvi şəkildə silah alır

ABŞ-da Covid-19 panikası: İnsanlar kütləvi şəkildə silah alır

ABŞ-da Covid-19 panikası: İnsanlar kütləvi şəkildə silah alır
2020-03-18 , 13:36

ABŞ-da yeni növ koronavirus pandemiyası (Covid-19) ilə bağlı yaranmış panika fonunda silah satışında kəskin artım müşahidə edilib.


Qaynarinfo xəbər verir ki, ABŞ-da yeni növ koronavirusun sürətlə yayılma mərkəzlərindən biri olan Nyu Cersidəki silah anbarının direktoru Veyn Viedenin Anadolu Agentliyinə verdiyi məlumata görə, son iki-üç gün ərzində mağazalarda növbələr yaranıb.

"Bu, normal deyil. İnsanlar təhlükəsiliklərinin təmin olnmayacağından ehtiyat edib, özləri öz evlərini və ailələrini qoruya biləcəyini düşünür, buna görə də silah alırlar", - direktor deyib.

Bununla yanaşı, dövlət orqanları silah satışına məhdudiyyətlər qoyub.

Yoluxmuş Covid-19 sayının 70-ə yaxın olduğu Virciniya ştatında silah satışları da əhəmiyyətli dərəcədə artıb.

Xatıladaq ki, Covid-19 ilk dəfə 12 dekabr 2019-cu ildə Çinin Hubey əyalətinin Vuhan şəhərində aşkar edilib və qısa müddət ərzində digər şəhər və ölkələrə yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılmasını pandemiya kimi tanıyıb.

Virus əsasən hava damcıları ilə ötürülür, öskürək, asqırma, tüpürcək damcıları və ya burun axıntıları ilə yayıla bilir. Bundan əlavə, təmas yolu ilə yoluxma da mümkündür.

Bu təhlükəli virus insandan insana hava-damlacı yoluyla ötürülür. Xəstəliyin simptomları: yüksək qızdırma, boğaz ağrısı, öskürək, nəfəs darlığı və ishal. Daha sonra ölümə gətirib çıxaran pnevmoniya və böyrək çatışmazlığı inkişaf edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.