Yenilik.Az
ww.Aydinliq.Az » Dünya » “İnsanları evlərindən çölə çıxmağa qoymurlar, camaat balkona çıxıb…”

“İnsanları evlərindən çölə çıxmağa qoymurlar, camaat balkona çıxıb…”

“İnsanları evlərindən çölə çıxmağa qoymurlar, camaat balkona çıxıb…”
2020-03-14 , 17:05

Dünən Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı məlumat yayıb. Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunan bəzi sosial izolyasiya tədbirlərinin siyahısını təqdim edib. Bəs ziyalılar necə, bu qaydalara əməl edirmi? Tanınmış şəxslər koronavirusdan qorunmaq üçün həyat tərzlərində hansı dəyişikliklər ediblər?

<

Hokm.az bildirir ki, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Sabah”a açıqlamasında deyib ki, imkan olduğu qədər insanlarla az görüşməyə çalışır: “Hesab edirəm ki, bu çox düzgün addımdır. Mən dünən İtaliyadakı vəziyyəti görüb, dəhşətə gəldim. İnsanları evlərindən çölə çıxmağa qoymurlar, camaat balkona çıxıb bir-birilə söhbət edir. Bu çox dəhşətli mənzərədir. Millət bu virusa yoluxmasın deyə, hamı özünü fərdi şəkildə qorumalıdır. Nə qədər imkanınız varsa, insanlarla az təmasda olun. Mən özüm spirt almışam, dezinfeksiya üçün tələb olunan digər məhsulları almışam. Dayanmışıq qapının ağzında, insanlardan əllərini təmizləmələrini, dezinfeksiya olmalarını xahiş edirik. Çalışıram ki, əməkdaşlar işə gəlməsin. Qapıya yazmışıq ki, koronavirusa görə görüşlər təxirə salınır. Bu gün səhər Səidə Qocamanlının qardaşı arvadının 40 mərasimi idi. Onlar mərasimi təxirə saldılar. Çünki o qədər adamın həyatını riskə atmaq istəməyiblər. İnsan təkcə özünü deyil, həm də başqalarını dşünməlidir”.

Deputat Fazil Mustafa isə bildirib ki, bu virusdan qorunmağın əsas yolu intizamdır: “Bu gün futbola getmişdim, qol vurdum, amma heç kimlə görüşüb sevincimi bölüşmədim. Lakin ümumilikdə əlbəttə, qaydalara əməl etmək lazımdır. Bu gün mənə zəng vurub dedilər ki, “qara bayram” keçirmək istəyirlər. Mən də bildirdim ki, indiki vəziyyətdə bir yerə toplaşmaq doğru deyil və dində də belə bir şey yoxdur. İndi azərbaycanlılar özlərindən “qara bayram”, “ağ bayram”, “yaşıl bayram” – filan icad ediblər, halbuki belə bir şey yoxdur. Get evində Quranını oxu, əcdadını xatırla. Niyə gedib mərasim keçirib, insanlara təhlükə yaradırsan? Sözümün təsiri oldu, dayandırdılar. Toy etmək olar, amma 300 nəfər yığıb qeyd eləməklə yox. Evində 5 nəfəri yığıb qeyd etmək olar. Qaydalara əməl etmək lazımdır ki, bu virus dünyadan sovuşub keçsin. Bu bizdən qaynaqlanan problem deyil. Panikaya diqqət edin. Banklar özü bir təhlükə mənbəyidir. Hamı banklara üz tutub, pullarını dollara çevirir. Deyək ki, sən gedib bu pulu dəyişdin, 2-3 gün sonra yenə o pulu xərcləmək üçün xırdalamaq məcburiyyətində qalacaqsan. Bunun yolu intizamdır, psixoloji hazırlıqdır. Gigiyenik qaydalara əməl etməlisən. Əksinə, bu yaxşı birşeydir ki, bizdə gigiyenik vərdişlər yaranar. İntizamlı cəmiyyət üçün koronavirusun böyük təhlükəsi yoxdur”.

Hokm.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.