Bu gün Ramazan ayının sonuncu günüdür

Bu gün Ramazan ayının sonuncu günüdür Bu gün Ramazan ayının 29-cu, yəni sonuncu günüdür.
“Report”un xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 13-ü (şəvval ayının 1-i) Ramazan bayramıdır.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı isə Ramazan ayının son günü — bayram axşamı şam namazından sonradır.
QMİ-nin Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 14-dən başlayıb.

Geri qayıt