“Kovidə qarşı vaksin hələ tapılmayıb, insanlara vurulan nədir?” - Bolqarıstanlı publisistdən ŞOK

“Kovidə qarşı vaksin hələ tapılmayıb, insanlara vurulan nədir?” - Bolqarıstanlı publisistdən ŞOK Bolqarıstanın məşhur siyasətçi və publisisti Plamen Paskov milli televiziyadakı çıxışında koronavirusa qarşı vaksinlər barədə sensasion açıqlama verib.

Medicina.az xəbər verir ki, o, fikirlərini həm də veterinar həkim kimi əsaslandırıb.
Bir vaxtlar işi ilə bağlı o, heyvanlarda koronavirusları öyrənib.

Paskov çıxışında dünyadah hələ koronavirusa qarşı vaksin, eləcə də dərman olmadığını deyib.

“İstənilən virusa qarşı preparat vaksin etiketini ancaq 1-2 illik klinik tədqiqatlardan sonra ala bilər. Ona görə cəmi 4-6 ayın içində hazırlanmış indi dünyada peyvənd adıyla təqdim edilənlər vaksin deyil”.

Bəs o zaman insanlara indi vurulanlar nədir?

Paskov Pfizer de olmaqla bütün preparatları effektivliyi və təhlükəsizliyi elmi olaraq tam 100% sübut olunmamış bioməhsul, biomaterial adlandırıb.

Şirkətlərin və dövlətlərin bazara vaksin çıxarması isə milyardlar qazanmaqdan başqa bir önəm daşımır.
Bu sadəcə bazardır, farmkampaniyaların mübarizəsidir.

Paskov Rusiya vaksininin konkret olaraq nə üçün olması barədə elmi sübutlar belə olmadığını deyib. Aparılan tədqiqatların müddətinə də əməl olunmayıb. Heç bir ölkə virusu vaksin üçün ayıra bilməyib. Vaksində canlı və ya ölü virus olmalıdır.

İndiki vaksinlərdə bu yoxdur. Bu gün insanlara vurulan koronavirus peyvəndi deyilən preparatların nə məqsəd daşıdığı elmə məlum deyil.

Geri qayıt