Arif Quliyev İkinci Fəxri xiyabanda dəfn olunacaq

Arif Quliyev İkinci Fəxri xiyabanda dəfn olunacaq Azərbaycanın Xalq artisti Arif Quliyevin dəfn olunacağı yer müəyyənləşib.
Anons.az xəbər verir ki, A.Quliyevin cənazəsi bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, Xalq artisti A.Quliyev ötən gün axşam saatlarında müalicə aldığı "Yeni klinika"da dünyasını dəyişib.
Bir müddətdir koronavirusa yoluxan sənətçinin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulmuşdu.

Geri qayıt