Yelena Sidorenko namizədliyini geri götürdü

Yelena Sidorenko namizədliyini geri götürdü Tanınmış jurnalist Yelena Eyvazlı (Sidorenko) namizədliyini geri götürüb.
“Yeni Sabah” xəbər verir ki, o bu addımı atmasının səbəbini izah etməyib:

Əziz dostlar və məni dəstəkləyənlər! Təəssüf hissi ilə bildirmək istəyirəm ki, öz namizədliyimi geri çəkmək məcburiyyətində oldum.

Kimsə məni qınayacaq, kimsə isə anlayacaq. Bildirim ki, bu seçki prosesinə mən və komandam xüsusi ilə hazırlaşdıq. Müasir seçki kampaniyasını nümayış etdirməyə çalışdıq. Rəy və fikirlərə görə, bu bizdə alındı.

Lakin, ailəmlə məsləhətləşdik və müəyyən problemləri göz önünə alaraq seçki kampaniyamızı dayandırmağa qərar verdik.

Bu günlərdə Lənkəran mənim üçün əsl evə, lənkəranlılar isə ailəmə çevriliblər. Sevinirəm ki, artıq Lənkəranda bir evə deyil, yüzlərlə evə elə öz evim kimi rahat gedə bilərəm. Mən öz gələcək fəaliyyətimdə Lənkəran üçün faydalı olmağa çalışacam. Amma, gözlədiyiniz kimi, Sizin millət vəkili kimi deyil.

Arzu edirəm ki, ölkədə aparılan islahatlar icraçılar tərəfindən vicdanla icra ediləcək və Vətənim, Azərbaycanımız inkişaf edəcək.

Xüsusi xahiş: əlavə şərh və detallar barədə mənə müraciət etməyin. Biz tarix yazdıq, elə tarix olaraq qalsın”.
Geri qayıt