40 saylı dairənin 2 məntəqəsində nəticələr ləğv edildi

40 saylı dairənin 2 məntəqəsində nəticələr ləğv edildi Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Nurlan Abbaszadə, Mirhəsən Cabbarov və Toğrul İsgəndərlinin baxılıb.

Bu barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.
T. Həsənov bildirib ki, araşdırma nəticəsində həmin dairənin 4 və 6 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib:

“Təklif edirəm ki, həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və 4 və 6 saylı seçki mıəntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.
Geri qayıt