Bakıdakı xarici diplomatlar koronavirusa görə toplandı

Bakıdakı xarici diplomatlar koronavirusa görə toplandı BMT-nin Bakıdakı ofisində diplomatik nümayəndəliklər üçün koronavirusla (COVID-19) bağlı brifinq keçirilib.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, 60-dan çox diplomatın qatıldığı brifinqdə BMT-nin rezident əlaqələndiricisi Ghulam İsakzai, Azərbaycan Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva və ÜST-nin Cənubi Qafqazda fövqəladə hallara hazırlıq üzrə əlaqələndiricisi Vasili Esenamanov çıxış ediblər.

V.Esenamanov dünyada, o cümlədən Azərbaycanda virusun yayılmasına qarşı ÜST-nin dəstəyi ilə aparılan qabaqlayıcı tədbirlər barədə, xanım Abdullayeva isə müvafiq rəsmi qurumların koronavirusla əlaqədar həyata keçirdiyi tədbirlər haqqında danışıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövcud risklərlə bağlı müvafiq tövsiyələr verilib.
Geri qayıt