Yenilik.Az
www.AYDINLIQ.az » Cəmiyyət » Zakir Qaralovdan sərt xəbərdarlıq

Zakir Qaralovdan sərt xəbərdarlıq

Zakir Qaralovdan sərt xəbərdarlıq
2020-02-14 , 18:15

Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında vəzifə səlahiyyətlərindən sui-istifadə edən prokurorluq işçilərinə xəbərdarlıq edib.

"Yeni Sabah" xəbər verir ki, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2019-cu ildə xidməti, icra və əmək intizamının pozuntusu hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilib, müxtəlif pozuntulara yol verdiklərinə görə 54 əməkdaşın intizam məsuliyyətinə cəlb olunduğu, onlardan 44 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 8 əməkdaşın tutduğu vəzifədən azad edildiyini, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 2 əməkdaşın prokurorluq orqanlarından xaric edildiyini diqqətə çatdırıb.

Xidməti, icra və əmək intizamının daim diqqət mərkəzində saxlanıldığını bildirən Baş prokuror, mənfi təzahürlərə, qeyri-prosessual münasibətlərə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək neqativ hallara, qanun pozuntusu və nöqsanlara, prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verən prokurorluq işçiləri barəsində ciddi cəza tədbirlərinin görüləcəyini xüsusi vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.