Yenilik.Az
ww.Aydinliq.Az » Cəmiyyət » MSK bir neçə dairə ilə bağlı şikayətləri DSK-lara göndərib – SİYAHI

MSK bir neçə dairə ilə bağlı şikayətləri DSK-lara göndərib – SİYAHI

MSK bir neçə dairə ilə bağlı şikayətləri DSK-lara göndərib – SİYAHI
2020-02-13 , 18:20

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar daha bir neçə şikayətə baxılıb.



“Report” xəbər verir ki, iclasda 81 saylı Beyləqan seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 95 saylı Tərtər seçki dairəsi, 42 saylı Sumqayıt ikinci seçki dairəsi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətlər müzakirə olunub.



Bundan başqa, 15 saylı Yasamal birinci seçki dairəsi, 28 saylı Sabunçu üçüncü seçki dairəsi, 79 saylı İmişli seçki dairəsi i ilə bağlı müraciətlər müzakirəyə çıxarılıb.



Sonda həmin müraciətlərin Dairə Seçki Komissiyalarına göndərilməsinə qərar verilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.