Yenilik.Az
ww.Aydinliq.Az » Cəmiyyət » GÜLƏR ƏHMƏDOVANIN OĞLU HƏBS EDİLDİ

GÜLƏR ƏHMƏDOVANIN OĞLU HƏBS EDİLDİ

GÜLƏR ƏHMƏDOVANIN OĞLU HƏBS EDİLDİ
2020-02-12 , 17:06

Bakıda keçmiş deputat Gülər Əhmədovanın oğlu tutulub. “Report”un xəbərinə görə, hadisə fevralın 9-da, Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb.


Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov saxlanılıb.

Onun idarə etdiyi BMW markalı avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Glock-19” markalı tapança, 2 ədəd patron darağı və 38 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Xatırladaq ki, T.Əhmədov keçmiş deputat Gülər Əhmədovanın oğludur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.